CTS 30-cu Xəzər Neft və Qaz Sərgisində:

CTS 30-cu Xəzər Neft və Qaz Sərgisində:
Bakı, Azərbaycan – 6 iyun 2025
2 - 4 İyun, 2025 tarixlərində Bakı Ekspo Mərkəzində baş tutan 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi neft-qaz və enerji sənayesinin aparıcı şirkətlərini bir araya gətirdi. Sərginin iştirakçılarından olan CTS şirkəti, bu mötəbər platformada müasir texnologiyaları, beynəlxalq standartlara uyğun mühəndislik xidmətlərini və strateji tərəfdaşlıqlara açıq yanaşmasını uğurla nümayiş etdirdi. CTS stendinə yaxınlaşan hər bir ziyarətçi real sənaye problemlərinə cavab verən texnoloji həllərlə tanış olmaq imkanı qazandı.
Şirkət bu il sərgidə qabaqcıl NDT (qeyri-dağıdıcı test) cihazları, qaz dedektorları, eləcə də təzyiqli sistemlərin diaqnostikası üçün nəzərdə tutulmuş müasir avadanlıqları təqdim etdi. OmniScan, Eddyfi, və digər qabaqcıl cihazlar sərgidə nümayiş olundu və iştirakçıların böyük marağına səbəb oldu. Lakin CTS-in sərgidəki iştirakı yalnız texnologiya nümayişi ilə məhdudlaşmadı. Şirkət, həmçinin neft-qaz və enerji sektoruna təqdim etdiyi aşağıdakı kompleks xidmətlər portfeli ilə də seçildi.
• Texniki inspeksiyalar və üçüncü tərəf yoxlamaları
• Boru kəmərlərinin və sənaye obyektlərinin NDT üsulları ilə yoxlanılması
• Avadanlıqların satışı və texniki dəstəyi
• Sertifikatlı mütəxəssislər və texniki işçi qüvvəsinin təminatı
• Beynəlxalq təlim və imtahan xidmətləri (CSWIP, BGAS və s.)
CTS-in sərgidəki komandası ərzində yeni yerli və beynəlxalq şirkətlərlə məhsuldar görüşlər keçirdi, gələcək əməkdaşlıq üçün ilkin razılaşmalar formalaşdırıldı. Şirkətin nümayəndələri hesab edirlər ki, bu cür platformalar bilik və texnologiyanın paylaşılması baxımından əvəzsizdir.
“30-cu yubiley sərgisində iştirak etmək bizim üçün yalnız təqdimat deyil, həm də dinləmək, öyrənmək və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq fürsəti idi. Bu gün sənaye yalnız texnologiya ilə deyil, etibarlı tərəfdaşlıq və davamlı inkişaf prinsipləri ilə irəliləyir. Biz də bu prosesin bir parçası olmaqdan məmnunuq.” deyə CTS nümayəndəsi qeyd etdi.
CTS – texniki inspeksiya, qeyri-dağıdıcı test və sənaye xidmətləri sahəsində Azərbaycanın aparıcı mühəndislik şirkətlərindən biridir. Şirkət neft-qaz və sənaye layihələrinin bütün mərhələlərində – planlamadan istismara qədər – etibarlı texniki dəstək və yüksək səviyyəli xidmətlər təqdim edir.
Xəbərlər və yeniliklər

CTS 30-cu Xəzər Neft və Qaz Sərgisində: