CTS və TWI Arasında Rəsmi Nümayəndəlik Razılaşması İmzalandı

CTS və TWI Arasında Rəsmi Nümayəndəlik Razılaşması İmzalandı
Bakı, Azərbaycan — 17 Iyun, 2025
Caspian Technical Solution (CTS) şirkəti olaraq qürurla bildiririk ki, biz The Welding Institute (TWI) təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi statusunu əldə etmişik.
Bu strateji tərəfdaşlıq, ölkəmizdə texniki sahədə fəaliyyət göstərən mütəxəssislər üçün beynəlxalq səviyyəli təlimlər və sertifikatlaşdırma proqramlarının daha əlçatan olmasına imkan yaradacaq. TWI dünya üzrə tanınmış mühəndislik, qaynaq texnologiyaları, qeyri-dağıdıcı testlər (NDT) və digər texniki sahələr üzrə qabaqcıl təlim və texniki xidmət təminatçısıdır.
CTS olaraq məqsədimiz, qlobal təcrübəni və beynəlxalq standartlara uyğun bilikləri yerli bazara gətirərək, Azərbaycanın sənaye mühitində kadr potensialını gücləndirmək və texniki keyfiyyət anlayışını daha da inkişaf etdirməkdir.
Bu əməkdaşlıq çərçivəsində yaxın zamanda bir sıra CSWIP, BGAS, NDT və digər ixtisasartırma proqramları təqdim ediləcək.